AZ RU TR

Prestij — Naxçıvan Pivəsi · 2006-cı ildən

Haqqımızda

İyirmi ilə yaxın ustalıq

«Prestij–Naxçıvan Pivəsi» MMC — Naxçıvanın ilk və aparıcı pivə istehsalçısı. Avropa texnologiyası, yerli qürur.

Necə başladı

Müəssisəmiz 2006-cı ildə Naxçıkooptifaqın Yeyinti Məhsulları kombinatının bazasında yaradılıb. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində 2008-ci ildə Sahibkarlığa Kömək Fondunun dəstəyi ilə istehsal tam yenidən quruldu.

Bu investisiya hesabına Almaniya, Çexiya, İtaliya və Macarıstan mənşəli avadanlıqlar gətirilib quraşdırıldı — bu gün də pivəmiz məhz həmin Avropa xətlərində dəmlənir.

Prestij inzibati binası

Keyfiyyətin təminatı

Xammal Belçika, Çexiya, Slovakiya və Almaniyadan gətirilir. Müəssisədə Avropa standartlarına uyğun avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir — hər partiya satışa çıxmazdan əvvəl mütəmadi yoxlanılır.

Çexiyanın açıq rəngli «Pilsen» və İrlandiyanın tünd pivələrinin istehsalı üçün beynəlxalq sertifikatlar almışıq. Mütəxəssislərimiz Avropanın istehsal sahələrində təcrübə mübadiləsi keçir, laborator müayinələr üçün isə xarici ekspertlər dəvət olunur.

İstehsalat sahəsi — dəmləmə çənləri

Pivədən o yana

Pivə ilə yanaşı, müalicəvi əhəmiyyətli «Darıdağ» mineral suyunun qablaşdırılması da müəssisəmizdə həyata keçirilir. Darıdağ suyu həm qazlı süfrə suyu, həm də müalicəvi su kimi xüsusi dəyərə malikdir.

2012-ci ildə Gürcüstandan qabaqcıl təcrübəyə malik mütəxəssislər cəlb olunmaqla limonad sexi istifadəyə verildi. Hazırda 0.5 və 1 litrlik qablaşmalarda müxtəlif çeşiddə alkoqolsuz aromatik içkilər istehsal olunur.

Qalereyaya bax
Müəssisənin həyəti

Məhsullarımızı kəşf edin

Pilsen üslublu açıq pivədən Darıdağ mineral suyuna qədər — tam kataloq.

Kataloqa keç